"Arsenal" əlavə vaxtda "Mançester Siti"yə məğlubiyyətdən xilas olub
Futbol
- 21 sentyabr, 2025
- 22:31
Londonun "Arsenal" klubu İngiltərə Premyer Liqasının 5-ci turunun "Mançester Siti" ilə matçın son dəqiqələrində məğlubiyyətdən xilas olub.
"Report"un məlumatına görə, Londondakı "Emirates" stadionunda keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb.
Qarşılaşmanı baş hakim Stüart Atvell idarə edib.
Hesabı doqquzuncu dəqiqədə Erlinq Holann açaraq, "Mançester Siti" önə keçirib. 90+3-cü dəqiqədə Qabriel Martinelli bərabərlik qolunu vurub.
"Mançester Siti" bu oyundan sonra 7 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 9-cu, "Arsenal" isə 10 xalla ikinci pillədə qərarlaşıb.
"Şəhərlilər" növbəti turda sentyabrın 27-də doğma meydanda "Byornli"ni qəbul edəcək, "topçular" isə sentyabrın 28-də səfərdə "Nyukasl Yunayted"lə qarşılaşacaq.
Son xəbərlər
16:29
Azərbaycan və İsrail təmiz enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
Energetika16:24
Foto
Kino Agentliyi ilə Gürcüstan Milli Kino Mərkəzi arasında memorandum imzalanıb
Mədəniyyət siyasəti16:20
Özbəkistanda "Arşın mal alan" tamaşası təqdim olunacaq
Mədəniyyət siyasəti16:19
Hesablama Palatası: Azərbaycanda çayçılıq üzrə dövlət proqramının hədəfləri icra olunmur
Maliyyə16:17
Foto
Azərbaycan oxatanları Avropa çempionatında növbəti mərhələyə yüksəliblər
Fərdi16:14
"Ansys": Aerokosmik komponentlərin istehsalını bir ilə qədər azaltmaq olar
Digər16:12
İran Hörmüz boğazının bəzi hissələrini bağlayıb
Region16:11
Azərbaycanda yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib
Maliyyə16:10