“Arsenal” Belçika millisinin futbolçusunu transfer edib
Futbol
- 20 yanvar, 2023
- 11:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin “Arsenal” klubu Belçika millisinin futbolçusu Leandro Trossardı transfer edib.
“Report xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.
O bildirib ki, Premyer Liqanın digər təmsilçisi “Brayton”da çıxış edən 29 yaşlı yarımmüdafiəçi London klubunda tibbi müayinədən uğurla keçib. Trossard yaxın müddətdə yeni komandası ilə 3,5 illik müqavilə bağlayacaq. Onun transferi “Arsenal”a 30 milyon avroya başa gəlib.
Qeyd edək ki, Leandro Trossard cari mövsüm 16 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə verib. O, Belçika yığmasında meydana çıxdığı 24 görüşdə 5 dəfə fərqlənib.
Son xəbərlər
13:35
Sahil Babayev: Təhsildə adambaşına maliyyələşmə mexanizmi genişləndiriləcək
Milli Məclis
13:34
Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Digər ölkələr
13:30
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb - Birgə məlumat
Daxili siyasət
13:25
Əməkhaqqı və digər ödənişlər vahid elektron mexanizmə keçirilə bilər
Maliyyə
13:23
Yanvar-sentyabr aylarında Gürcüstandan 143 Azərbaycan vətəndaşı deportasiya edilib
Region
13:23
Kənan Kərimzadə: Peşə təhsili sahəsində təhsil alanların sayı 5 ildə 28 mindən 52 minə qalxıb
Elm və təhsil
13:15
Video
44 günlük Zəfərin pilotu: İlk tullanışdan sonra atama sizin qisasınızı aldıq dedim - Müsahibə
Hərbi
13:14
Azərbaycanda aqrar sektor üzrə vergi güzəştlərinin büdcəyə xalis təsiri açıqlanıb
ASK
13:11
Foto
Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
Fərdi