Arif Əsədov: Hər iki komanda yaxşı mübarizə apardı
Futbol
- 25 mart, 2024
- 18:40
Maraqlı oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı.
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov "FIFA series - Edition 2024" layihəsində Bolqarıstan ilə heç-heçə (1:1) etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis oyunçuların meydana istəkli çıxdıqlarını bildirib: "Bir neçə epizoddan yararlana bilmədik. Komanda iki görüşdə istədiyimizin 70 faizini verdi".
Əsədov hakimlər haqqında çox danışmaq istəməyib: "Sanki bəzi epizodlarda əleyhimizə qərar verildi. Belə hallar komandanı bərkidir. Qısa müddətdə istədiklərimi futbolçulara çatdırmaq əsas idi.
Gələcəyə ümidlə baxırıq. Yığmaya cəlb etdiyimiz yeni oyunçular da özlərini yaxşı tərəfdən göstərə bildilər".
Son xəbərlər
23:57
Foto
Ərdoğan qətərli həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Region23:46
IRIB: Əraqçi Hörmüz boğazının hansı şərtlərlə açılacağı barədə Uitkoffu məlumatlandırıb
Region23:44
Ceyhun Bayramov Anita Orbanla Azərbaycan-Aİ münasibətlərini müzakirə edib
Xarici siyasət23:43
Ərdoğan Endi Börnhemlə Qəzzada və Ukraynadakı vəziyyəti müzakirə edib
Region23:29
Ben-Qvir İsrailin müdafiə naziri olmaq istəyir
Digər ölkələr23:20
ABŞ Prezidenti İranla yeni danışıqlar raundunu anons edib
Digər ölkələr23:09
Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər – YENİLƏNİB
Xarici siyasət23:07
Video
Tovuz rayonuna dolu düşüb
Ekologiya23:04