Argentina millisinin baş məşqçisi Lionel Skaloni vəzifəsindən ayrılmaq istəyir
Futbol
- 09 sentyabr, 2026
- 21:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Argentina millisinin baş məşqçisi Lionel Skaloni vəzifəsindən ayrılmaq istədiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə jurnalist Veronika Brunati "X" sosial şəbəkə hesabında məlumat yayıb.
48 yaşlı mütəxəssis məsələ ilə bağlı Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia ilə danışıb. Onun müqaviləsinin müddəti bu ilin dekabr ayında başa çatacaq.
AFA rəhbərliyi Skalonini postunda saxlamağa çalışır.
Qeyd edək ki, Lionel Skaloni 2018-ci ildən Argentina millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 2022-ci ildə dünya çempionu, 2026-cı ildə gümüş medalçı olub. Argentina həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb.
Son xəbərlər
05:18
"Binance" haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub
Maliyyə
04:57
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
Futbol
04:34
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
Digər ölkələr
03:48
Venesuelaya yeni xarici işlər naziri təyin edilib
Digər ölkələr
03:27
Çexiyalı milyarder "Ray-Ban" holdinqi üçün 30 milyard avro təklif edib
Biznes
02:48
"Anthropic" ABŞ hökumətini geridə qoyaraq "SpaceX"in ən böyük müştərisi olub
Digər ölkələr
02:36
"Fars": İranın cənub-şərqində partlayışlar olub
Region
02:10
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
Maliyyə
01:55
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
Digər ölkələr