Arda Turan üçün daha bir 66: təsadüf, yoxsa jest?

Arda Turan üçün daha bir 66: təsadüf, yoxsa jest? "Qalatasaray"ın futbolçusu Arda Turanın Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı matçın 66-cı dəqiqəsində meydana daxil olması Türkiyədə sosial medianın diqqətini çəkib.
Futbol
1549
18 Sentyabr , 2020 09:21
Arda Turan üçün daha bir 66: təsadüf, yoxsa jest?

"Qalatasaray"ın futbolçusu Arda Turanın Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı matçın 66-cı dəqiqəsində meydana daxil olması Türkiyədə sosial medianın diqqətini çəkib. 

"Report"un məlumatına görə, buna səbəb 33 yaşlı yarımmüdafiəçinin artıq ikinci dəfə eyni vaxtda meydana çıxmasıdır. Baş məşqçi Fatih Terim Superliqanın ilk turunda evdə "Qaziantep"i 3:1 hesabı ilə məğlub etdikləri görüşdə də Turanı 66-cı dəqiqədə meydana buraxıb. 

Mövsümün əvvəlində "sarı-qırmızılar"a qayıdan təcrübəli futbolçu 66 nömrəli formanı geyinir. Buna səbəb onun İstanbul klubunda ilk dəfə bu nömrə ilə çıxış etməsidir. 

"Neftçi" də keçmiş SSRİ çempionatında ən böyük uğuruna 1966-cı ildə bürünc medal qazanmaqla imza atıb

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma "Neftçi"nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi