"Neftçi" klubu UEFA Avropa Liqasında II təsnifat mərhələsinin oyununa çıxıb.
"Report"un məlumatına görə, Füzuli Məmmədovun baş məşqçi olduğu komanda Türkiyə "Qalatasaray"ını qəbul edib.
Görüşdə ilk real qol vəziyyəti 13-cü dəqiqədə yaradılıb. Qapıçı Aqil Məmmədov komandasını real qoldan xilas edib. Qonaqlar 2 dəqiqə sonra yenidən təhlükə yaradıb. Rayan Babelin cərimə zərbəsindən vurduğu qüvvətli zərbəni qolkiper dəf edib. "Qalatasaray" 19-cu dəqiqədə Mbaye Diaqnenin başla dəqiq zərbəsindən sonra hesabı açıb.
"Neftçi" ilk təhlükəli vəziyyəti 37-ci dəqiqədə gerçəkləşdirib. Paytaxt klubunun yeni transferi Prins İbaranın zərbəsi qapının üstündən keçib. 6 dəqiqə sonra isə Yusuf Laval cərimə meydançasının içərisində dəqiq oynaya bilməyib. Birinci hissə "sarı-qırmızılar"ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
İkinci hissənin ilk dəqiqəsində flaqman hesabı bərabərləşdirib. 46-cı dəqiqədə künc zərbəsindən sonra Mamadu Mboc başla fərqlənib. "Neftçi"nin sevinci cəmi 2 dəqiqə çəkib. 48-ci dəqiqədə Kristian Luyindama "korner"dən sonra komandasını yenidən önə keçirib.
57-ci dəqiqədə Emre Kılıçın fərqlənməsinə Aqil Məmmədov mane olub. 63-cü dəqiqədə isə Mbaye Diaqne "Neftçi"nin müdafiəsindəki səhvdən sonra özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
Beləliklə, İstanbul klubu 7 ildən sonra avrokuboklarda səfər matçında qələbə qazanıb. Bu, "sarı-qırmızılar"ın beynəlxalq arenada 100-cü qələbəsidir. "Qalatasaray" avrokuboklardakı son qələbəsini isə 2018/2019 mövsümündə Rusiya "Lokomotiv"i üzərində qazanmışdı - 2:1.
Bununla da "Neftçi" avrokuboklarda mübarizəni dayandırıb. "Qalatasaray" isə III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələəcək.
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda dördüncü qol vurulub.
"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi fərqi artırıb - 3:1.
63-cü dəqiqədə Mbaye Diaqne görüşdə özünün ikinci qoluna imza atıb.
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi yenidən önə keçib.
48-ci dəqiqədə Kristian Luyindama topu qapıdan keçirib.
"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada "Neftçi" hesabı bərabərləşdirib - 1:1.
46-cı dəqiqədə Mamadu Mboc fərqlənib.
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada İstanbul təmsilçisi öndədir - 1:0.
Hələ ki, yeganə qolu 19-cu dəqiqədə Mbaye Diaqne vurub.
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda birinci hissə başa çatıb.
"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada fasiləyə İstanbul təmsilçisi öndə yollanıb - 1:0. Mbaye Diaqne 19-cu dəqiqədə başla dəqiq oynayıb.
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyununda hesab açılıb.
"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada ilk qolu 19-cu dəqiqədə İstanbul təmsilçisi vurub. Mbaye Diaqne başla topu qapıdan keçirib.
UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" oyunu start götürüb.
"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.
Qeyd edək ki, bu cütün qalibi növbəti raundda Şimali Makedoniya "Renova"sını 1:0 hesabı ilə məğlub edən Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələcək.