Azər Bağırov: “Zirə”nin Xorvatiya klubu ilə heç-heçəsi motivasiya üçün önəmli idi

Azər Bağırov: “Zirə”nin Xorvatiya klubu ilə heç-heçəsi motivasiya üçün önəmli idi “Zirə”nin daha təcrübəli Xorvatiya klubu ilə heç-heçə oynaması motivasiya baxımından önəmli idi”.
Futbol
9 Avqust , 2024 13:00
Azər Bağırov: “Zirə”nin Xorvatiya klubu ilə heç-heçəsi motivasiya üçün önəmli idi

“Zirə”nin daha təcrübəli Xorvatiya klubu ilə heç-heçə etməsi motivasiya baxımından önəmli idi”.

Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Azər Bağırov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah” və “Zirə” klublarının çıxışları haqqında danışarkən deyib.

O, hər iki komandanın fərqli oyun göstərdiyini söyləyib:

“Sabah”ın nə “Makkabi” komandasına (Hayfa, İsrail) qarşı, nə də UEFA Konfrans Liqasındakı digər çıxışları ürəkaçan idi. “Makkabi”ni sırf bəxt hesabına keçdilər. Yadıma gəlmir ki, hansısa klub 6 top buraxıb mərhələni keçsin. Üstəlik rəqibin də avrokuboklarda təcrübəsi yoxdur. Düşünürəm ki, bu, məşqçilərin futbolçuları necə motivasiya etməsindən asılıdır”.

40 yaşlı mütəxəssis yerli məşqçilərin komandaları daha yaxşı motivasiya etdiyini vurğulayıb:

“Rəşad Sadıqov “Zirə”ni daha yaxşı motivasiya etmişdi. Məncə yerli mütəxəssislər komandanı oyunlara kökləməkdə üstündürlər. Həm də bir çox amillər var. “Zirə” daha qapalı oynamağa çalışır, nəinki “Sabah”. Dünənki oyun göstərdi ki, “Sabah” açıq futbola hələ hazır deyil”.

Qeyd edək ki, “Zirə” komandası səfərdə Xorvatiyanın “Osiyek” klubu ilə heç-heçə edib - 1:1. “Sabah” isə İrlandiyada “Sent Patrik Atletik”ə 0:1 hesabı ilə yenilib. Komandalar arasında cavab qarşılaşmaları avqustun 15-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi