“Araz-Naxçıvan” əvəzedici komandanın baş məşqçisini açıqlayıb

Futbol
  • 18 iyul, 2023
  • 12:00
“Araz-Naxçıvan” əvəzedici komandanın baş məşqçisini açıqlayıb
Zaur İsmayılov

2023/2024 mövsümündə Premyer Liqada iştirak edəcək “Araz-Naxçıvan” əvəzedici komandasının baş məşqçisini açıqlayıb.

“Report” xəbər verir ki, bu vəzifə Zaur İsmayılova tapşırılıb.

Əvəzedicilərin formalaşdırılması istiqamətində çalışmalarını davam etdirən Naxçıvan təmsilçisi Z.İsmayılovla 1 illik müqavilə imzalayıb.

Debütantda qapıçı məşqçisi funksiyasını isə Cəmaləddin Əliyev yerinə yetirəcək.

44 - Tezliklə