"Araz-Naxçıvan" daha iki futzalçının transferini açıqlayıb

Futbol
  • 13 yanvar, 2024
  • 12:28
Araz-Naxçıvan daha iki futzalçının transferini açıqlayıb

"Araz-Naxçıvan" heyətini yeni futzalçılarla gücləndirib.

Azərbaycan Futzal Federasiyasından "Report"a verilən məlumata görə, son ölkə çempionu Bosniya və Herseqovinadan Miloş Todoriçi transfer edib.

Serbiyanın “Loznitsa Qrad” klubundan “qırmızı-ağlar”a təşrif buyuran 20 yaşlı oyunçu ilə anlaşma mövsümün sonuna qədərdir.

“Araz-Naxçıvan”ın digər transferi yerli futzalçıdır. Nijni-Novqorod şəhərinin təmsilçisi “Torpedo-2”nin yetirməsi olan Həsənəli Rəhimov da cari çempionatın sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl braziliyalı hücumçu Andre Korrea dos Santosla anlaşıb.

44 - Tezliklə