Azərbaycan Premyer Liqasında XXXVI turun son iki görüşünün təyinatları müəyyənləşib.
“Report”un məlumatına görə, “Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” oyununu idarə edəcək hakimlər açıqlanıb.
Gümüş və bürünc mükafatı təmin edən paytaxt klubları arasındakı qarşılaşmada Rəvan Həmzəzadə ədaləti qoruyacaq.
Çempion “Qarabağ”ın doğma arenasında “Turan Tovuz”la matçında isə Əli Əliyev iş başında olacaq.
Premyer Liqa
XXXVI tur
28 may (bazar)
17:00. “Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Eyyub İbrahimov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bakcell Arena”
19:30. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Rauf Allahverdiyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena”