Almaniya yığmasının baş məşqçisi: Vurduğumuz qollar Şotlandiyanı çox təəccübləndirdi və qorxuya saldı

Almaniya yığmasının baş məşqçisi: Vurduğumuz qollar Şotlandiyanı çox təəccübləndirdi və qorxuya saldı Qarşılaşmanın əvvəlində vurduğumuz qollar Şotlandiyanı çox təəccübləndirdi və qorxuya saldı.
Futbol
15 İyun , 2024 02:19
Almaniya yığmasının baş məşqçisi: Vurduğumuz qollar Şotlandiyanı çox təəccübləndirdi və qorxuya saldı

Qarşılaşmanın əvvəlində vurduğumuz qollar Şotlandiyanı çox təəccübləndirdi və qorxuya saldı.

"Report" xəbər verir ki, bunu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman Şotlandiya ilə keçirilən AVRO-2024-ün açılış görüşündən sonra baş tutan mətbuat konfransında deyib.

36 yaşlı mütəxəssis oyundan əvvəl belə bir nəticəyə inandığını söyləyib: "Qarşılaşmadan əvvəl belə bir hesab desəydilər, inanardım. İlk 20 dəqiqədə çox fərqli oyun nümayiş etdirdik. Qarşılaşmanın əvvəlində vurduğumuz qollar Şotlandiyanı çox təəccübləndirdi və qorxuya saldı. Camal Musiala və Florian Virts baxımlı qollar vurdular. Onların performansından çox razı qaldım. Sevinirəm ki, komandamın hər bir üzvü tərifə layiqdir. Macarıstanla görüşdə daha fərqli Almaniya görəcəksiniz".

Qeyd edək ki, AVRO-2024-ün A qrupunun ilk matçında Almaniya Şotlandiya yığmasına 5:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi