Aleksey Baqa: "Qarabağ"ın qrupa düşmək şansı kifayət qədər yüksəkdir"

Aleksey Baqa: "Qarabağ"ın qrupa düşmək şansı kifayət qədər yüksəkdir" "Hər iki komandanın daha da irəli getmək şansları kifayət qədər yüksəkdir. Çünki pley-off mərhələsindəki rəqiblər o qədər də güclü deyil".
Futbol
7 Avqust , 2022 12:22
Aleksey Baqa: Qarabağın qrupa düşmək şansı kifayət qədər yüksəkdir

"Hər iki komandanın daha da irəli getmək şansları kifayət qədər yüksəkdir. Çünki pley-off mərhələsindəki rəqiblər o qədər də güclü deyil".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

Belarusdan olan mütəxəssis hər iki kollektivin pley-offa adlamağa iddialı olduğunu bildirib: "Qarabağ" hər il çempion olur, komanda Qurban Qurbanov başçılığı altında yüksək səviyyədə oyun sərgiləyir və daim avrokubokların qrup mərhələsində çıxış edir. "Ferentsvaroş" da yaxşı komandadır".

Onun sözlərinə görə, Azərbaycan və Macarıstan çempionatlarının səviyyəsini müqayisə etmək çətindir: "Macarıstan klublarının çox yaxşı infrastrukturu var. Azərbaycanın da yaxşı stadionları, qəşəng meydançaları var. “Neftçi”, “Qarabağ” və Murad Musayevin işlədiyi “Sabah”ın keyfiyyətli legionerlər dəvət etməyə gücü çatır. Azərbaycan Premyer Liqasını Rusiya çempionatı ilə də müqayisə etməyəcəyəm. Tula “Arsenal”ının “Neftçi” ilə oyunlarını xatırlaya bilərik. Yuri Syomin Azərbaycanda çalışıb, uğur qazanıb, başqa məşqçilər də bura gəlib. Ona görə də onlar burada çalışmaqda maraqlıdırlar".

Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk oyunda "Ferentsvaroş"la 1:1 hesablı heç-heçə edib. Cavab matçı avqustun 9-da Budapeştdə olacaq.

Son xəbərlər

Orphus sistemi