Ağasəlim Mircavadov: "Azərbaycan millisinin Latviya ilə oyunda qələbə qazanması çox vacibdir"

Futbol
  • 07 iyun, 2025
  • 14:22
Ağasəlim Mircavadov: Azərbaycan millisinin Latviya ilə oyunda qələbə qazanması çox vacibdir
Ağasəlim Mircavadov

Futbol üzrə Azərbaycan millisinin səfərdə Latviya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyununda qələbə qazanması çox vacibdir.

Bunu "Report"a AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

O, yığmanın baş məşqçisi Fernandu Santuşun martdakı təlim-məşq toplanışında bir sıra islahatlar apardığını söyləyib:

"Amma indiki halda eksperimentə ehtiyac yoxdur. Əsas heyəti təkmilləşdirmək və oyun taktikasını formalaşdırmaq lazımdır. Sentyabrda yığmanın rəsmi matçları start götürəcək. Bugünkü oyunda qalibiyyət psixoloji baxımdan millimiz üçün çox vacibdir. Komanda rəqibini məğlub etməli, oyunçular və məşqçilər özlərinə inanmalıdırlar. Yığmaya uğurlar arzulayıram. Qələbə qazanacaqlarına ümid edirəm. Əsas heyətə ən yaxın olan oyunçulara bu gün şans verilməlidir".

A.Mircavadov millinin sonuncu qalibiyyətini 2024-cü ilin iyununda qazanmasına da münasibət bildirib:

"Komandada problemlər var. Amma onlar həll olunmalıdır. Fernandu Santuş məşhur müətəxəssisdir. Portuqaliya millisindən sonra Polşa yığmasında və Türkiyənin "Beşiktaş" klubunda az işləyib. Ona inanmaq lazımdır. Özü də oyunçulara güvənməlidir".

Qeyd edək ki, bu gün Riqadakı "Skonto" stadionunda baş tutacaq Latviya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti