UEFA Millətlər Liqası: Qadınlardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb

Futbol
  • 07 noyabr, 2026
  • 09:41
UEFA Millətlər Liqası: Qadınlardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının 2027-ci il UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi oyunların tarixləri və təqvimi müəyyənləşib.

Bu barədə "Report"a AFFA-dan məlumat verilib.

Baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv C Liqasının 2-ci qrupunda Latviya, Gürcüstan və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.

Milli ilk oyununu martın 2-də evdə Lixtenşteynə qarşı keçirəcək. Martın 6-da səfərdə Gürcüstanla qarşılaşacaq yığma aprelin 20-də yenidən səfərdə Latviya ilə üz-üzə gələcək.

Aprelin 24-də Gürcüstanı qəbul edəcək komanda iyunun 11-də Latviya ilə evdə, iyunun 15-də isə səfərdə Lixtenşteynlə qarşılaşacaq.

44 filmi