AFFA VAR layihəsi ilə bağlı tender elan etdi

AFFA VAR layihəsi ilə bağlı tender elan etdi VAR texnologiyası 10 stadionda sınaqdan keçiriləcək
Futbol
8 May , 2021 18:00
AFFA VAR layihəsi ilə bağlı tender elan etdi

AFFA video-köməkçi hakim (VAR) layihəsi ilə bağlı tender elan edib.

"Report" xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər üçün bir sıra tələblər irəli sürülüb.

Bunlara Video Əməliyyat Otağı (VOR), yerləşmə və kamera qeydləri, avadanlıq, video çəkiliş və qeydlərin matçın yayımçısına ötürülməsi, virtual ofsayd xətləri, Hakimin Video-Təkrara Baxış Zonası (RRA), hakim ilə kommunikasiya sistemi daxildir.

VAR texnologiyası 10 stadionda sınaqdan keçiriləcək. Bunlar "Bakcell Arena", Zirə idman kompleksinin stadionu, "Bank Respublika Arena", "ASCO Arena", "Dalğa Arena", Qəbələ şəhər stadionu, "Kapital Bank Arena", "ASK Arena", "Azərsun Arena" və Bakı Olimpiya Stadionudur.

Tenderə qatılmaq istəyənlər “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməlidir. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək. Bu cür xidmətlərin tətbiq edilməsi üçün bütün iştirakçıların FİFA lisenziyası/icazəsi olmalıdır. Müraciət edənlər bir və daha çox təklif göndərə bilərlər.

Tender 30 gün davam edəcək və iyunun 7-də başa çatacaq. Qalib ödənişin 35 faizini müqavilə imzalandıqdan, 65 faizini isə iş təhvil verildikdən sonra alacaq.

Son xəbərlər

Orphus sistemi