AFFA-nın təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kurslarına start verilib
Futbol
- 28 noyabr, 2024
- 13:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA-nın təşkilatçılığı, “Xudat City” Futbol Akademiyasının dəstəyi ilə D kateqoriyalı məşqçi kurslarına start verilib.
"Report"un qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, Xaçmaz rayonu, Xudat şəhərində təşkil edilən kursa 25 nəfər cəlb olunub.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə, Dəyanət Əliyev və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumatlar verilib.
Qeyd edək ki, kurs 3 gün davam edəcək.
Son xəbərlər
17:22
Foto
Azərbaycan və Kamboca baş nazirləri ikitərəfli əlaqələri müzakirə ediblər
Xarici siyasət
17:20
Foto
Qazaxıstan Prezidenti Azərbaycana gəlib
Xarici siyasət
17:19
Azərbaycan və Küveyt ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək
Xarici siyasət
17:18
Azərbaycanda dövlətə məxsus daha bir şirkət ləğv olunur
Biznes
17:18
Pakistan vətəndaşı: Milli geyimlər, kəlağayılar Azərbaycan mədəniyyətinin zənginliyini göstərir
Mədəniyyət siyasəti
17:18
Türkiyə vətəndaşı: Azərbaycanın milli geyimləri çox möhtəşəmdir
Mədəniyyət siyasəti
17:15
Foto
AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib
Xarici siyasət
17:15
Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib
Digər ölkələr
17:14
"Arsenal" xərcləri azaltmaq məqsədilə 60 iş yerini ləğv etməyi planlaşdırır
Futbol