Xizək alpinizmi üzrə dünya çempionu Alp dağlarında həlak olub

Xizək alpinizmi üzrə dünya çempionu Alp dağlarında həlak olub Fransa xilasediciləri Şamonik kommunası yaxınlığındakı Monblan dağ silsiləsinin yamaclarından birində iki nəfərin meyitini aşkar ediblər.
Fərdi
14 Avqust , 2022 01:59
Xizək alpinizmi üzrə dünya çempionu Alp dağlarında həlak olub

Fransa xilasediciləri Şamonik kommunası yaxınlığındakı Monblan dağ silsiləsinin yamaclarından birində iki nəfərin meyitini aşkar ediblər.

“Report” regional “Le Dauphiné” qəzetin istinadən xəbər verir ki, ölənlərdən biri xizək alpinizmi üzrə dünya çempionu Adele Millozdur.

Hadisənin başvermə şəraiti hələ müəyyən edilməyib. İlkin məlumata görə, 26 yaşlı idmançı heç bir xüsusi təhlükə yaratmayan Peyn zirvəsinə təlimatçı ilə birlikdə klassik hesab edilən standart dırmanma marşrutu ilə gedib.

Həyəcan siqnalı cümə günü günortadan sonra zirvəyə qalxan turistlər tərəfindən çalınıb. Xilasedicilər gördüklərindən şok vəziyyətində olduqları üçün aşağı enə bilmədiklərindən onları təxliyə etməli olublar.

Adele Milloz 2017-ci ildə xizək alpinizmi üzrə dünya çempionatında sprint növü və fərdi yarışlarda iki dəfə qalib olub, həmçinin 2018-ci ilin Avropa çempionatında sprint növü üzrə qələbə qazanlb, həmin il üç dəfə Fransanın qızıl medalçısı olub.

Son xəbərlər

Orphus sistemi