Türkiyəli mütəxəssis: Gəncəni ikinci vətənim kimi görürəm

Türkiyəli mütəxəssis: Gəncəni ikinci vətənim kimi görürəm Gəncənin yeri qəlbimdə hər zaman fərqli olacaq. Oranı ikinci vətənim kimi görürəm.
Fərdi
5 Sentyabr , 2024 15:52
Türkiyəli mütəxəssis: Gəncəni ikinci vətənim kimi görürəm

Gəncənin yeri qəlbimdə hər zaman fərqli olacaq. Oranı ikinci vətənim kimi görürəm.

Bunu "Report"a açıqlamasında "Gəncə" basketbol klubundan ayrılan baş məşqçi Bedri Meriç deyib.

Türkiyəli mütəxəssis sabiq komandasında yaxşı mövsüm keçirdiyini bildirib:

"Mövsümü səkkizinci sırada bitirməyimizə baxmayaraq, "Gəncə" ilə yaxşı mövsüm keçirdik. Bir oyunda da qalib gəlsəydik, pley-off mərhələsində çıxış edəcəkdik. Çempionatdakı ən aşağı büdcəli komandalardan biri idik. Bəzi səbəblərə görə yeni mövsümdə "Gəncə" ilə yola davam etmədim. O şəhərin yeri qəlbimdə hər zaman fərqli olacaq. Oranı ikinci vətənim kimi görürəm. Gəncədə çox gözəl qonaqpərvərlik və isti münasibət gördüm. Çalışdığım müddətdə çox gözəl dostlar qazandım".

Yeni mövsümdə "Şəki" klubunu çalışdıracaq B.Meriç uğur qazanacaqlarına inandığını söyləyib:

"Şəki" ötən mövsümü sonuncu pillədə bitirsə də, orada yaxşı komandanın qurulacağına inanıram. Azərbaycan millisində oynayan türk əsilli basketbolçunu da heyətimizə cəlb etdik. Bundan başqa, təcrübəli, qələbə əzmi olan ABŞ-li basketbolçular heyətdə yer alacaqlar. İnşallah, "Şəki" son sıradan çıxacaq və pley-offa vəsiqə qazanan bir komanda olacaq. Mənim üçün şəhərlərin fərqi yoxdur. Gəncədə yaşayarkən də işim basketbol idi. Şəkidə də basketbolla məşğul olacam. İşimi sevərək həyata keçirdiyimə görə mənim üçün şəhərlərin fərqi yoxdur".

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının 2024/2025 mövsümü oktyabrda başlayacaq.

Son xəbərlər

Orphus sistemi