Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançılarımız - SİYAHI

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançılarımız - SİYAHI Tokioda keçiriləcək XXXll Yay Olimpiya və XVl Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan idmançılarının siyahısı yenilənib
Fərdi
116
8 May , 2021 16:04
Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançılarımız - SİYAHI

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXll Yay Olimpiya və XVl Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan idmançılarının siyahısı yenilənib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, siyahıya ötən gün daha 2 yeni idmançı əlavə olunub. Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa Təsnifat Turnirində taekvondoçu Fəridə Əzizova (67 kq) və Dünya Təsnifat Turnirində qadın güləşçi Elis Manolova (68 kq) finala yüksələrək, həmin vəsiqələrə yiyələniblər. Hələlik olimpiadaya 19, paralimpiadaya 9 azərbaycanlı idmançının lisenziyası rəsmiləşib. Həmin vəsiqələri beynəlxalq idman federasiyaları rəsmən elan edib.

XXXII Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançıların

S İ Y A H I S I

S/S İdmançının adı və soyadı İdman növü və fənni Lisenziya qazanılan yarışın adı Lisenziya qazanılan yarışın tarixi və yeri Qeyd

1.

Anna Skidan Atletika (çəkic atma) World Challange Nanjing 2019 20-21 may 2019-cu il,
Çin, Nanjinq
Final mərhələsində 5-ci yer olmaqla lisenziya əldə etdi

2.

Nazim Babayev Atletika
(üç təkanla tullanma)
Qış dünya turu 18-20 fevral 2020-ci il,
Fransa, Lievin
Final mərhələsində 2-ci yer olmaqla lisenziya əldə etdi

3.

Maksim Şemberev Üzgüçülük (400 m qarışıq) Dünya çempionatı 12-28 iyul 2019-cu il,
Cənubi Koreya, Kvanju
Final mərhələsində 6-cı yer olmaqla lisenziya əldə etdi

4.

Mariya Stadnik Qadın güləşi (50 kq) Dünya çempionatı 14-22 sentyabr 2019-cu il,
Qazaxıstan, Nur-Sultan
Qızıl medal qazanmaqla lisenziya əldə etdi

5.

Elis Manolova Qadın güləşi (68 kq) Dünya Olimpiya təsnifat turniri 06-09 may 2021-ci il,
Bolqarıstan, Sofiya
Finala çıxmaqla lisenziya qazandı

6.

Şərif Şərifov Sərbəst güləş (97 kq) Dünya çempionatı 14-22 sentyabr 2019-cu il,
Qazaxıstan, Nur-Sultan
Gümüş medal qazanmaqla lisenziya əldə etdi

7.

Hacı Əliyev Sərbəst güləş (65 kq) Avropa Olimpiya təsnifat turniri 18-21 mart 2021-ci il,
Macarıstan, Budapeşt
Gümüş medal qazanmaqla lisenziya əldə etdi

8.

Hacımurad Hacıyev Sərbəst güləş (74 kq) Avropa Olimpiya təsnifat turniri 18-21 mart 2021-ci il,
Macarıstan, Budapeşt
Gümüş medal qazanmaqla lisenziya əldə etdi

9.

İslam Abbasov Yunan-Roma güləşi (87 kq) Avropa Olimpiya təsnifat turniri 18-21 mart 2021-ci il,
Macarıstan, Budapeşt
Qızıl medal qazanmaqla lisenziya əldə etdi

10.

Zöhrə Ağamirova Bədii gimnastika (çoxnövçülük) Dünya çempionatı 16-22 sentyabr 2019-cu il,
Azərbaycan, Bakı
B qrupunda 4-cü yer olmaqla lisenziya qazandı

11.

Azərbaycan (qrup) Bədii gimnastika
(qrup - çoxnövçülük)
Dünya çempionatı 16-22 sentyabr 2019-cu il,
Azərbaycan, Bakı
Yetərli xal toplayaraq lisenziya əldə etdilər

12.

Marina Nekrasova İdman gimnastikası (qadınlar - çoxnövçülük) Dünya çempionatı 04-13 oktyabr 2019-cu il,
Almaniya, Ştutqart
Yetərli xal toplayaraq lisenziya əldə etdi

13.

İvan Tixonov İdman gimnastikası (kişilər - çoxnövçülük) Dünya çempionatı 04-13 oktyabr 2019-cu il,
Almaniya, Ştutqart
Yetərli xal toplayaraq lisenziya əldə etdi

14.

Ruslan Lunyov Güllə atıcılığı
(25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma)
Avropa çempionatı 11-23 sentyabr 2019-cu il,
İtaliya, Boloniya
Final mərhələsində 1-ci yer olmaqla lisenziya əldə etdi

15.

Azərbaycan Velosiped (şosse) - - Olimpiya reytinqdə 44-cü olmaqla lisenziya əldə etdi

16.

Milad Beigi Harçegani Taekvondo (-80 kq) - - Olimpiya reytinqdə 2-ci olmaqla lisenziya əldə etdi

17.

Fəridə Əzizova Taekvondo (-80 kq) Avropa Olimpiya təsnifat turniri 06-09 may 2021-ci il,
Bolqarıstan, Sofiya
Finala çıxmaqla lisenziya qazandı

18.

Tayfur Əliyev Boks (57 kq) Avropa Olimpiya təsnifat turniri 14-24 mart 2020-ci il,
Böyük Britaniya, London
1/4 mərhələyə keçməklə lisenziya qazandı

19.

Anna Başta Qılıncoynatma
(sablya, qadınlar)
- - Olimpiya reytinqinə əsasən lisenziya qazandı

Qazanılan lisenziyalardan 3-ü sərbəst güləşin, hərəyə 2-si atletika, bədii gimnastika, idman gimnastikası, qadın güləşi və taekvondonun, hərəyə 1-i atıcılıq, yunan-Roma güləşi, üzgüçülük, şosse velosipedi, boks və qılıncoynatmanın payına düşür.

XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançılarımızın

S İ Y A H I S I

S/S İdmançının adı və soyadı İdman növü və fənni Lisenziya qazanılan yarışın adı Lisenziya qazanılan yarışın tarixi və yeri Qeyd
(lisenziyanı hansı nəticə ilə əldə etdi)

1.

Oloxan Musayev Atletika,
lövhə atma
Dünya Çempionatı 07-15 noyabr 2019-cu il,
BƏƏ, Dubay şəhəri
Dünya çempionatında 4-cü yer olmaqla lisenziya əldə etdi (41.58 m)

2.

Samir Nəbiyev Atletika,
nüvə itələmə
Dünya Çempionatı 07-15 noyabr 2019-cu il,
BƏƏ, Dubay şəhəri
Dünya çempionatında 4-cü yer olmaqla lisenziya əldə etdi (14.06 m)

3.

Kamil Əliyev Atletika,
uzunluğa tullanma
Dünya Çempionatı 07-15 noyabr 2019-cu il,
BƏƏ, Dubay şəhəri
Dünya çempionatında bürünc medal qazanmaqla lisenziya əldə etdi (7.00 m)

4.

Raman Salei Üzgüçülük,
100 m arxasıüstə
Dünya Çempionatı 09-15 sentyabr 2019-cu il,
İngiltərə, London şəhəri
Dünya çempionatında gümüş medal qazanmaqla lisenziya əldə etdi (1:01.00 dəq)

5.

Dana Şandıbina Üzgüçülük - - Dünya reytinqində 10-cu yer olmaqla lisenziya əldə etdi

6.

Vəli İsrafilov Üzgüçülük Dünya Çempionatı 09-15 sentyabr 2019-cu il,
İngiltərə, London şəhəri
Dünya çempionatında bürünc medal qazanmaqla lisenziya əldə etdi

7.

Yelena Taranova Güllə atıcılğı,
25 metrə məsafəyə atəş
Dünya Çempionatı 12-18 oktyabr 2019-cu il,
Avstraliya, Sidney şəhəri
Dünya çempionatında 20-ci yer olmaqla lisenziya əldə etdi (557 xal)

8.

Kamran Zeynalov Güllə atıcılğı,
50 metrə məsafəyə atış
Dünya Çempionatı 12-18 oktyabr 2019-cu il,
Avstraliya, Sidney şəhəri
Dünya çempionatında 15-ci yer olmaqla lisenziya əldə etdi (524 xal)

9.

Elşən Hüseynov Pauerliftinq,
+107kq çəki dərəcəsi
Açıq Avropa Çempionatı 22-29 may 2018-ci il,
Fransa, Berk-sur-Mer
Açıq Avropa Çempionatında qızıl medal qazanmaqla lisenziya əldə etdi (230 kg)

Son xəbərlər

Orphus sistemi