Teymur Rəcəbov: "Prezident İlham Əliyevin dəstəyi ilə şahmatın inkişafı üçün xeyli işlər görülür"

Teymur Rəcəbov: "Prezident İlham Əliyevin dəstəyi ilə şahmatın inkişafı üçün xeyli işlər görülür" "Prezident İlham Əliyevin dəstəyi ilə şahmatın inkişafı üçün xeyli işlər görülür".
Fərdi
31 Mart , 2023 17:23
Teymur Rəcəbov: Prezident İlham Əliyevin dəstəyi ilə şahmatın inkişafı üçün xeyli işlər görülür

"Prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycanda şahmatın inkişafı üçün xeyli işlər görülür".

"Report"un məlumatına görə, bunu azərbaycanlı şahmatçı Teymur Rəcəbov "Championat" nəşrinə müsahibəsində deyib.

36 yaşlı qrossmeyster bildirib ki, şahmat ölkədə futboldan sonra əsas idman növlərindən biridir: "Hətta yeniyetmələrin və gənclərin çıxışına böyük diqqət yetirilir. Bəzən bunu unudursan, ancaq bir oyunda uduzan kimi Azərbaycanda şahmata marağın nə qədər yüksək olduğunu dərhal xatırlayırsan (gülür). Dövlət tərəfindən böyük dəstək var. Ölkəmizdə şahmatçılara bir növ qəhrəman kimi yanaşırlar".

O, "Azərbaycanın İddiaçılar Turniri və ya dünya çempionluğu uğrunda görüşə ev sahibliyi etmək niyyəti varmı?" sualına isə bu cür cavab verib: "Dünya çempionu adı uğrunda qarşılaşmada azərbaycanlı qrossmeyster oynasaydı, Bakıdan belə bir təklif dərhal gələrdi. Buna əminəm".

Son xəbərlər

Orphus sistemi