Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub

Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub İlk dəfə Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub.
Fərdi
23 Sentyabr , 2024 10:13
Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub

İlk dəfə Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub.

"Report" Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Təşkilat Komitəsi FIDE təmsilçisi Vladislav Artemyevlə (2808) razılıq əldə edib.

O, blits üzrə komandalar arasında dünya çempionatının qalibi və Avropa çempionudur.

Turnirdə ümumilikdə 8 şahmatçı mübarizə aparacaq. Memorialda azərbaycanlı şahmatçılardan Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı iştirak edəcək. Eyni zamanda Nodirbek Abdussatorov (Özbəkistan, 2766), şahmat tacı uğrunda görüşdə iştirak edən Yan Nepomnyaşi (FIDE, 2755), Riçard Rapport (Macarıstan, 2766), yarışın son qalibi Vidit Santoş Qucrati (Hindistan, 2720) kimi tanınmış qrossmeysterlər də mübarizə aparacaq. İştirakçılar rapid və blits üzrə yarışacaqlar.

Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək Vüqar Həşimov Memorialı sayca 10-cu dəfə baş tutacaq. Ənənəvi yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.

Son xəbərlər

Orphus sistemi