Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kubokuna yekun vurulub.
Fərdi
5 Dekabr , 2022 11:44
Stolüstü tennis üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kubokuna yekun vurulub.

Azərbaycan Stolüstü Tennis Federasiyasından (STF) “Report”a verilən məlumata görə, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışın nəticələrinə əsasən qaliblər müəyyənləşib.

2004-2007-ci il təvəllüdlü qızların şəxsi mübarizəsində Ləman Abdulhəmidova, oğlanların yarışında isə Kənan Pənahov birinci yeri tutub.

2008-ci il və kiçik yaşlılar arasında keçirilən yarışda Arzu Aslanova bütün rəqiblərinə qalib gəlib. Oğlanlardan Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

2004-2007-ci il təvəllüdlü idmançıların qoşa yarışında Zemfira Mikayılova – Ləman Abdulhəmidova dueti ilə Hacımurad Məmmədbəyov – Tahir Qubadov tandemi qələbə qazanıb.

2008-ci il və kiçik təvəllüdlü tennisçilərin qoşa turnirində qızlardan Arzu Aslanova ilə Mərziyyə Nurmətova, oğlanlardan Adil Əhmədzadə ilə Rüstəm Hacılı ölkə kubokuna sahib çıxıb.

Qarışıq qoşa turnirində 2004-2007-ci il təvvəllüdlülərdən Kənan Pənahovla Ləman Abdulhəmidova, 2008 və kiçik təvəllüdlülərdən isə Adil Əhmədzadə ilə Mərziyyə Nurmətova qələbə çalıb.

Qeyd edək ki, 2004-2007-ci il yaş qrupu üzrə komanda mübarizəsində həm oğlanların, həm də qızların yarışından Təhsil RİM qalib ayrılıb. 2008-ci il və küçik təvəllüdlülərdən isə qızlardan ibarət Sumqayıt 1 saylı İOEUGİM, oğlanlardan ibarət Təhsil RİM qələbə çalıb.

Fərqlənən idmançılara AGİN-in diplomları və ASTF-nin medal və qiymətli hədiyyələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi