Hindistanın Çennay şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadası üçün Azərbaycan milli komandalarının heyəti bəlli olub.
Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, kişi şahmatçılardan ibarət komandanın heyətinə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Vasif Durarbəyli cəlb olunub.
Nicat Abasov kapitan, Eltac Səfərli isə məşqçi kimi Hindistana yollanacaq.
Qadın şahmatçılardan ibarət yığmaya Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva dəvət olunub. Nicat Məmmədov kapitan, Fikrət Sideifzadə ilə Cahangir Ağarəhimov isə məşqçi kimi milli komandaya kömək edəcək.
Qeyd edək ki, iyulun 28-də start götürəcək Olimpiada avqustun 10-da yekunlaşacaq.