Rusiyalı idmançı vətəndaşlığını dəyişəcəyi barədə xəbərə münasibət bildirib

Rusiyalı idmançı vətəndaşlığını dəyişəcəyi barədə xəbərə münasibət bildirib Georgi Kunitsa ilə cütlükdə çıxış edən rusiyalı fiqurlu konkisürən Alyona Kostornaya beynəlxalq yarışlarda başqa ölkə adından yarışmaq üçün idman vətəndaşlığını dəyişəcəyi barədə xəbərə münasibət bildirib.
Fərdi
3 Oktyabr , 2024 15:57
Rusiyalı idmançı vətəndaşlığını dəyişəcəyi barədə xəbərə münasibət bildirib
Alyona Kostornaya

Georgi Kunitsa ilə cütlükdə çıxış edən rusiyalı fiqurlu konkisürən Alyona Kostornaya beynəlxalq yarışlarda başqa ölkə adından yarışmaq üçün idman vətəndaşlığını dəyişəcəyi barədə xəbərə münasibət bildirib.

"Report" xəbər verir ki, o, TASS-a açıqlamasında belə bir fikrinin olmadığını söyləyib.

“Heç yerə köçməyəcəyik, niyyətimiz yoxdur, düşünmürük, planlaşdırmırıq. Əvvəla, biz Rusiyanın idmançılarıyıq və yalnız Rusiya üçün konki sürəcəyik. Bizim üçün nə qədər çətin, ağır olsa da, 40-cı pillələrdə yer alsaq da, burada çıxış edib, aşağıdan yuxarı qalxacağıq. Amma biz heç vaxt asan yola getməyəcəyik".

O, hazırda müalicə olunduğunu deyib:

"İndi bizə vaxt lazımdır, çünki sağalmağa ehtiyacım var - ağır pnevmoniyadan əziyyət çəkdim. Tam bərpa olunana qədər bir neçə yarışı buraxmalı olacağıq. Bu, ən azı altı ay çəkəcək. Tələsmək üçün heç bir yerimiz də yoxdur. Biz beynəlxalq yarışlardan təcrid olunmuşuq. Ona görə də problem yoxdur”.

Qeyd edək ki, Bir müddət əvvəl amerikalı jurnalist Deyv Liz bildirmişdi ki, Kostornayanın idman vətəndaşlığını Azərbaycan vətəndaşlığına dəyişməsini təmin etmək üçün pul yığımı təşkil etməyə hazırdır.

Qeyd edək ki, Alyona Kostornayanın Azərbaycan millisində çıxış edə biləcəyini amerikalı jurnalist Nolan Karni iddia edib. 2003-cü il avqustun 24-də Moskvada anadan idmançı 2020-ci ildə Avstriyanın Qrats şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi