Rəşad Nəbiyev "Böyük Dəbilqə" turnirində 7 medal qazanan cüdoçuları təbrik edib
- 02 mart, 2026
- 09:38
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində 7 medal qazanan millinin üzvlərini təbrik edib.
"Report" xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
R.Nəbiyev cüdoçuları əlamətdar nailiyyət münasibətilə təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, "Böyük Dəbilqə"də 4 qızıl, 1 gümüş və 2 bürünc olmaqla ümumilikdə 7 medal qazanan Azərbaycan cüdoçuları komanda hesabında ikinci, kişilərin mübarizəsində isə birinci yeri tutub.
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən #cüdo üzrə Böyük Dəbilqə turnirinin son günündə Murad Fətiyev və Kənan Nəsibov #qızıl, Zelim Kotsoyev ilə Camal Qamzatxanov #bürünc #medal qazanıblar.
— Rashad Nabiyev (@RashadNNabiyev) March 2, 2026
Yekunda 4 qızıl, 1 #gümüş və 2 bürünc olmaqla 7 medal əldə edən yığmamız ümumi… pic.twitter.com/ClxMAWrOH0