Millinin baş məşqçisi: "7 idmançının 10 medal qazanması üzgüçülüyün inkişafını göstərir"

Millinin baş məşqçisi: "7 idmançının 10 medal qazanması üzgüçülüyün inkişafını göstərir" "Daim üzərimdə işləyəmə çalışıram"
Fərdi
6 İyun , 2023 11:23
Millinin baş məşqçisi: 7 idmançının 10 medal qazanması üzgüçülüyün inkişafını göstərir

"Yeddi idmançının 10 medal qazanması bu növün ölkədə inkişafının göstəricisidir".

"Report"un məlumatına görə, bunu üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov Çexiyanın paytaxtı Praqadakı "Open Cup 2023" turniri ilə bağlı danışarkən deyib.

Mütəxəssis qarşıdakı yarışlarda Azərbaycanın bayrağını yüksəklərə qaldırmağa çalışacaqlarını bildirib: "Çexiyada Avropanın 16 ölkəsi tanınmış idmançılarla təmsil olunurdu. Turnir Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olduğu üçün güclü idmançılar var idi. Təlim-məşq toplanışlarında üzgüçülərimizin daha da güclü olmaları üçün çalışırıq".

Yığmanın kapitanı Ramil Vəlizadə yarışların gərgin mübarizə şəraitində keçdiyini vurğulayıb. Gümüş medala sahib çıxan idmançı qarşıdakı turnirlərdə maksimum nəticə göstərməyi qarşılarına məqsəd qoyduqlarını deyib. İki qızıl və iki bürünc medal qazanan 13 yaşlı Oqtay Hüseynov uğurun davamlı olacağına inandığını söyləyib: “Bu, mənim beynəlxalq yarışlarda ikinci çıxışımdır. Daha əvvəl Macarıstanda beynəlxalq turnirdə də medal əldə etmişdim. Daim üzərimdə işləməyə, məşqçilərin tapşırıqlarını yerinə yetirməyə çalışıram. Əsas hədəfim avropa və dünya çempionatında, olimpiadada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır. Göstərilən etimadı doğrultmağa çalışacağam".

Qeyd edək ki, Çexiyadakı yarışda Oqtay Hüseynov 2 qızıl, 2 bürünc, Əbdürrəhman Rüstəmov 1 qızıl, 2 gümüş, Ramil Vəlizadə, Məryəm Şeyxəlizadəhangah və Rəşad Alquliyev 1 gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi