İstanbulda çempion olan Azərbaycan badmintonçusu: "Dünya üzrə top-40-da qərarlaşmaq istəyirəm"

İstanbulda çempion olan Azərbaycan badmintonçusu: "Dünya üzrə top-40-da qərarlaşmaq istəyirəm" Qarşıdakı 3 il ərzində dünyanın ən yaxşı badintonçularının yer aldığı top 40-da qərarlaşmaq istəyirəm.
Fərdi
14 Oktyabr , 2024 17:09
İstanbulda çempion olan Azərbaycan badmintonçusu: Dünya üzrə top-40-da qərarlaşmaq istəyirəm
Keişa Fatimə Zəhra

Onun tapşırıqları ilə bacarığım üst-üstə düşsə, qarşıdakı 3 ildə dünyanın ən yaxşı badintonçularının yer aldığı top-40-da qərarlaşmaq istəyirəm.

Bunu "Report"a açıqlamasında Türkiyənin İstanbul şəhərində keçirilən "International Challenge" seriyalı beynəlxalq turnirdə qızıl medal qazanan Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra deyib.

O, qazanılan uğura görə sevincli olduğunu bildirib:

"Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Yeni badminton mövsümünə Türkiyədə keçirilən turnirlə start verdim. Olimpiadadan sonra keçirdiyim ilk yarış idi. Mənim üçün əla başlanğıc oldu. Çalışdım ki, əlimdən gələnin ən yaxşısını edim. Sevinirəm ki, sonda uğurlu nəticə qazandım. Məşqçim mənə yeni proqram tərtib edib. Onun tapşırıqları ilə bacarığım üst-üstə düşsə, qarşıdakı 3 ildə dünya üzrə top-40-da qərarlaşmağı düşünürəm. Məşqlərimi davam etdirirəm və hədəfim 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb, Azərbaycanı layiqincə təmsil etməkdir".

Qeyd edək ki, K.F.Zəhra qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada danimarkalı Amalie Skulzanı hər iki setdə böyük fərqlə məğlub edərək "VICTOR Türkiye International Challenge 2024" beynəlxalq turnirinin qalibi olub - 21:11, 21:9.

Son xəbərlər

Orphus sistemi