Paris olimpiadasından əvvəl zədələnən Azərbaycan güləşçisinin son durumu açıqlanıb

Paris olimpiadasından əvvəl zədələnən Azərbaycan güləşçisinin son durumu açıqlanıb Fransanın payaxtı Parisdəki Yay Olimpiya Oyunlarında zədələnmiş Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun (77 kq) son durumu bəlli olub.
Fərdi
15 Avqust , 2024 11:49
Paris olimpiadasından əvvəl zədələnən Azərbaycan güləşçisinin son durumu açıqlanıb

Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında zədəyə görə tam gücü ilə mübarizə apara bilməyən Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun (77 kq) son durumu bəlli olub.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musayev açıqlama verib.

"Əzələ siniri ölüb. Ağrıların tam keçməsi üçün zamana ehtiyac var. Səhv etmirəmsə, əməliyyat etdirmək fikri də yoxdur. Sadəcə, müəyyən zaman çərçivəsində bərpa prosesi gözlənilir. Hələlik dincəlir. İnanmıram ki, bu il hansısa yarışa qatılsın", - deyə federasiya rəsmisi bildirib.

Qeyd edək ki, Sənan Süleymanov Paris-2024-də yarımfinalda və bürünc medal uğrunda görüşdə məğlub olub. Güləşçi olimpiadadan öncə təlim-məşq toplanışında ayağından zədə almışdı.

Son xəbərlər

Orphus sistemi