Paris-2024: Hidayət Heydərov Fransa idmançısına qalib gələrək olimpiya çempionu olub - YENİLƏNİB - 3

Paris-2024: Hidayət Heydərov Fransa idmançısına qalib gələrək olimpiya çempionu olub - YENİLƏNİB - 3 Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
Fərdi
29 İyul , 2024 20:43
Paris-2024: Hidayət Heydərov Fransa idmançısına qalib gələrək olimpiya çempionu olub - YENİLƏNİB - 3

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.

Bu, Hidayət Heydərovun karyerasında iştirak etdiyi ilk olimpiada olub.

19:15

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı kosovolu Akil Qyakova ilə qarşılaşıb.

Rəqibinə qalib gələn H.Heydərov finala vəsiqə qazanıb.

O, həlledici mərhələdə fransalı Con Benjamin Qaba ilə üz-üzə gələcək.

15:29

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı kanadalı Artur Margelidon ilə qarşılaşıb.

Rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.

O, bu raundda Akil Qyakova (Kosovo) ilə qarşılaşacaq

13:52

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində İsrail təmsilçisi Tohar Butbulla üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib. O, bu raundda Artur Margelidon (Kanada) ilə qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi