Paris-2024: Dürsədəf Kərimova yarışı medalsız başa vurub - YENİLƏNİB - 2
- 07 sentyabr, 2024
- 16:47
Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarını medalsız başa vurub.
"Report"un məlumatına görə, +70 kq çəkidə mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə çinli Honqyu Vanq ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Kərimova mükafat qazana bilməyib.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
14:09
Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxacaq.
"Report"un məlumatına görə, +70 kq çəkidə mübarizə aparan idmançı təsəlliverici görüşdə fransalı Prescilliya Leze ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kərimova mükafat iddiasını davam etdirib. Bürünc medal uğrunda qarşılaşmada onun rəqibi çinli Honqyu Vanq olacaq.
12:03
Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.
"Report"un məlumatına görə, +70 kq çəkidə mübarizə aparan idmançı 1/4 finalda Souza Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Kərimova təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.