Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
Fərdi
- 28 iyul, 2024
- 17:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Azərbaycanın 3 idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
"Report" xəbər verir ki, ölkəmizi boks yarışlarında təmsil edən Alfonso Dominqes (92 kq) 1/8 finalda kubalı 2 qat Olimpiya çempionu Xulio Sezar la Kruzla qarşılaşıb və qələbə qazanıb.
1/4 finala vəsiqə əldə edən 29 yaşlı idmançı növbəti görüşünü qazaxıstanlı Aybek Oralbaya qarşı keçirəcək.
Cüdo yarışları isə Azərbaycanın tatami ustaları üçün uğurlu alınmayıb. Yaşar Nəcəfov (66 kq) və Gültac Məmmədəliyeva (52 kq) ilk mərhələdə rəqiblərinə uduzmaqla turnirlə vidalaşıb.
Qeyd edək ki, Azərbaycan Paris-2024-də sabah daha 6 idman növündə təmsil olunacaq.
Son xəbərlər
09:59
Bakı Limanında konteyner daşımaları 30 % artıb
İnfrastruktur
09:58
Foto
Kiyev sakinləri Rusiya ordusunun hücumlarından müdafiə üçün gecəni metroda keçiriblər
Digər ölkələr
09:54
Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb
Digər ölkələr
09:50
Foto
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Sağlamlıq
09:48
Hindistanda qayığın aşması nəticəsində 13 nəfər ölüb
Digər ölkələr
09:47
Bakıda inklüziv məşğulluq sahəsinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
Sosial müdafiə
09:42
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
Energetika
09:41
Taleh Kazımov Dünya Bankının və IMF-in İllik Toplantılarında iştirak edəcək
Maliyyə
09:38
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
Xarici siyasət