Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını 30-31-ci pillələrdə başa vurmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb.
"Report"un məlumatına görə, aktivində 2 qızıl, 2 gümüş və 3 bürünc mükafat olan komandamız yarış cədvəlində sözügedən mövqeləri Xorvatiya ilə bölüşüb.
Yığmamızın qərarlaşdığı 30-cu yer olimpiadalar tarixində ən yaxşı nəticəmiz olub. Bununla da ölkəmiz 32-ci yeri tutduğu London-2012 Yay Olimpiya Oyunlarındakı göstəricini üstələyib.
Qeyd edək ki, Azərbaycanın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.
Paris-2024: Azərbaycan olimpiadalar tarixində ən yaxşı göstəricisinə imza atıb
Fərdi
11 avqust 2024
14:06


Rus versiyası
Париж-2024: Азербайджан добился наилучшего результата за всю историю участия в Олимпийских играх
Son xəbərlər
13:47
Xocalı sakini: Doğma yurda qayıdışın doğurduğu hissləri sözlə ifadə etmək çətindirDaxili siyasət13:46
Azərbaycanın U-21 millisinin Belarusa qarşı keçirəcəyi yoldaşlıq oyununun yeri bəlli olubFutbol13:26
Natia Turnava: "Gürcüstanda bank sektorunda qərarvermə prosesində qadınların rolu güclənir"Maliyyə13:21
FotoNövbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb, açarlar təqdim edilib - VİDEO - YENİLƏNİB-2Daxili siyasət