Paris-2024: Azərbaycanın Avropa çempionu mübarizəyə başlayır

Paris-2024: Azərbaycanın Avropa çempionu mübarizəyə başlayır Bu gün Azərbaycanın üç idmançısı və 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.
Fərdi
31 İyul , 2024 08:00
Paris-2024: Azərbaycanın Avropa çempionu mübarizəyə başlayır

Bu gün Azərbaycanın dörd idmançısı və 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.

"Report"un məlumatına görə, ilk olaraq cüdoçu Elcan Hacıyev tatamiyə çıxacaq.

Belə ki, 90 kq çəki dərəcəsində yer alan Avropa çempionu Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gələcək.

Akademik avarçəkmə üzrə yığmamızın üzvü Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışacaq.

Badmintonçu Edi Reski Dviçayo E qrupundakı ikinci görüşündə danimarkalı Anders Antonsenin müqavimətini qırmağa çalışacaq. Təmsilçimiz ilk görüşündə avstriyalı Kollins Filimonu üstələyib.

Son olaraq Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi ABŞ seçməsi ilə qarşılaşacaq. Komandamız ötən gün ilk matçında İspaniyaya məğlub olub - 16:18.

Triatlonçu Rostislav Pevtsovun Parisdəki çıxışı da bu günə təsadüf edəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Hələlik cüdoçu Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.

Son xəbərlər

Orphus sistemi