Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazana bilməyib.
"Report" xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Kristella Qarsiya ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan İsmiyevə turniri mükafatsız başa vurub.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanmaq şansını davam etdirir.
"Report" xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı təsəlliverici görüşdə Venesueladan olan Danitza Yoccelinlə üz-üzə gəlməli idi.
Rəqib tatamiyə çıxmadığı üçün İsmiyeva qalib elan olunub.
O, bürünc medal uğrunda ABŞ paracüdoçusu Qarsiya Kristella ilə görüşəcək.
Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarının 1/4 final mərhələsində məğlub olub.
"Report" xəbər verir ki, +70 kq çəkidə yer alan idmançı Türkiyə təmsilçisi Nazan Akına uduzub.
İsmiyeva təsəlliverici görüşə qatılacaq.
Azərbaycanın paracüdoçusu Xatirə İsmiyeva (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında 1/4 finala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, +70 kq çəkidə yer alan idmançı 1/8 finalda Birləşmiş Ərəb Əmirliklərindən olan Maryam Aldhanhani ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn İsmiyeva növbəti raunda yüksəlib.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.