Olimpiya çempionları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Olimpiya çempionları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri, olimpiya çempionları və mükafatçıları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük
Fərdi
14 Avqust , 2024 10:12
Olimpiya çempionları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri, olimpiya çempionları və mükafatçıları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həmçinin Şəhidlər Xiyabanı da ziyarət olunub.

Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Qeyd edək ki, Azərbaycan Paris-2024-ü 7 medalla başa vurub. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.

Son xəbərlər

Orphus sistemi