Naxçıvanda velosiped yarışı keçirilib

Naxçıvanda velosiped yarışı keçirilib Naxçıvan Muxtar Respublikasında 10 km məsafə üzrə velosiped yarışı keçirilib.
Fərdi
12 İyul , 2024 15:10
Naxçıvanda velosiped yarışı keçirilib

Naxçıvan Muxtar Respublikasında 10 km məsafə üzrə velosiped yarışı keçirilib.

"Report" Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvanın 100 illik yubileyi, həmçinin "Yaşıl dünya naminə həmrəylik ili" münasibətilə təşkil edilən turnirə müxtəlif qurumların əməkdaşları və 14 yaşdan yuxarı şəxslər olmaqla, 100-dən çox həvəskar velosipedçi qatılıb.

İştirakçılar Heydər Əliyev Muzeyinin önündən başlayaraq, marşrut üzrə Uzunoba Təlim-Məşq İdman Kompleksi ətrafındakı finiş xəttinədək olan məsafəni qət ediblər.

Yarışın qalibi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Cavid Qasımlı olub. Digər polis əməkdaşı Asiman Cabbarov ikinci yeri tutub. Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Fərid Allahverdiyev isə üçüncü olub.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov ilk üç yerin sahiblərini diplomla təltif edib.

Qeyd edək ki, yarış ekoloji təmiz nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin təbliği, əhalinin sağlam həyat tərzinə sövq edilməsi və ekosistemin qorunmasına töhfə verilməsi məqsədləri daşıyıb.

Son xəbərlər

Orphus sistemi