Naxçıvan DİN-in əməkdaşları arasında güc çoxnövçülüyü üzrə yarış keçirilib

Naxçıvan DİN-in əməkdaşları arasında güc çoxnövçülüyü üzrə yarış keçirilib Naxçıvan MR Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində güc çoxnövçülüyü üzrə yarış keçirilib.
Fərdi
19 Dekabr , 2024 18:46
Naxçıvan DİN-in əməkdaşları arasında güc çoxnövçülüyü üzrə yarış keçirilib

Naxçıvan MR Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində güc çoxnövçülüyü üzrə yarış keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, yarışda 14 komandanı təmsil edən 88 idmançı qüvvəsini sınayıb.

Birinciliyin proqramına paralel qollar, turnik və daş qaldırma daxil edilib.

Yarışdan öncə Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Turnik yarışlarının nəticələrinə əsasən Cavanşir Bayramov (Ordubad RPŞ) birinci, Əli Hüseynov (Naxçıvan MR DİN) ikinci, Nurməmməd Nuruyev (Şahbuz RPŞ) üçüncü yeri tutub.

Paralel qollarda Cavid Qasımlı (Şərur RPİ), Cavanşir Bayramov (Ordubad RPŞ) və Bəhlül Əsgərli (Naxçıvan ŞPİ) müvafiq olaraq ilk üç yerə sahib çıxıblar.

Daş qaldırma yarışlarında çəkilər üzrə müvafiq olaraq ilk üç yeri tutan idmançıları təqdim edirik:

(66 kq) Səfər Əkbərov (OİPM), Rəzzax Əliyev (Naxçıvan MR DİN), Yunis Musayev (DYNPŞ)

(74 kq) Taleh Yaqubov (MPİ), Cəfər Həziyev (OİPM), Cavid Qasımlı (Babək RPİ)

(84 kq) Elgün Hüseynli (DYNPŞ), Cavid Qasımlı(Şərur RPİ), Ümid Əliyev (OİPM)

(90 kq) Asəf Hüseynli (OİPM), Elməddin Ağayev(DYPİ), Mirhəbib Seyidli (MPİ)

(90+ kq ) Sərxan Bağırov (Şərur RPİ), Sahil Quliyev (Kəngərli RPŞ) Kamal Məmmədov (DİN)

Komanda birinciliyində Şərur Rayon Polis İdarəsinin əməkdaşları yarışın qalibi olub. Orta İxtisas Polis Məktəbinin komandası 2-ci, Şahbuz Rayon Polis Şöbəsinin təmsilçiləri 3-cü yerlə kifayətləniblər.

Mükafatçılar sırasına düşən iştirakçılara medal və diplomlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi