Millimizin Dünya Kuboku üçün heyəti açıqlandı

Millimizin Dünya Kuboku üçün heyəti açıqlandı Turnirdə ölkəmizi 4 idmançı təmsil edəcək
Fərdi
9 Mart , 2021 19:17
Millimizin Dünya Kuboku üçün heyəti açıqlandı

Qadınlardan ibarət Azərbaycanın sablya millisi 11 - 14 martda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Dünya Kubokunda mübarizə aparacaq.

Azərbaycan Qılıncoynatma Federasiyasından "Report"a verilən məlumata görə, turnirdə ölkəmizi 4 idmançı təmsil edəcək.

Anna Başta, Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət qadın sablyaçılar həm şəxsi, həm də komanda yarışında qüvvəsini sınayacaq.

Yarış iştirakçıları martın 10-da koronavirus testindən keçiriləcək və nəticələr 12 saat ərzində açıqlanacaq. 2 gün sonra qadınlar arasında təsnifat görüşləri keçiriləcək. Növbəti gün isə şəxsi yarışda qaliblərin adlarına aydınlıq gələcək.

Turnirin sonuncu yarış günündə həm qadın, həm də kişi sablyaçılar arasında komanda yarışları təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi