İdarə rəisi: "Azərbaycanda kanoe və avarçəkmə idman növünə gənclərin, yeniyetmələrin marağı artır"

İdarə rəisi: "Azərbaycanda kanoe və avarçəkmə idman növünə gənclərin, yeniyetmələrin marağı artır" Artıq bu idman növünə gənclərin, yeniyetmələrin marağı artır.
Fərdi
16 Oktyabr , 2024 10:24
İdarə rəisi: Azərbaycanda kanoe və avarçəkmə idman növünə gənclərin, yeniyetmələrin marağı artır

Artıq Azərbaycanda kanoe və avarçəkmə idman növünə gənclərin, yeniyetmələrin marağı artır.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası-2024”dən əvvəl deyib.

O, Azərbaycanda idmana diqqət və qayğının olduğunu bildirib:

"Yarışların keçirilməsi dostluq ənənəsini xatırladır. Turnirin təşkilində əziyyəti olan hər kəsə təşəkkür edirəm. Bütün idmançılara uğurlar arzulayıram".

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev isə idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, oktyabrın 18-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində reqatanın final yarışları və bağlanış mərasimi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi