İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədə qərarlaşıb

İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədə qərarlaşıb Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 10-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 58-ə yüksəlib.
Fərdi
15 Avqust , 2022 09:08
İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədə qərarlaşıb

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 10-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 58-ə yüksəlib.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, medallardan 18-i qızıl, 22-i gümüş, 18-i bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb.

İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 209 (79 qızıl, 73 gümüş, 57 bürünc), İran 94 (32 qızıl, 24 gümüş, 38 bürünc) və Özbəkistan 86 (27 qızıl, 24 gümüş, 35 bürünc) medalla qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 11 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), qılıncoynatma (1 gümüş, 2 bürünc), həndbol (1 gümüş), üzgüçülük (1 gümüş) ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.

Son xəbərlər

Orphus sistemi