Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə sambo üzrə Ümum-Rusiya idman yarışları keçirilib.
“Report”un Rusiya bürosunun məlumatına görə, paytaxtın “Batır” baş idman kompleksində keçirilmiş tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Milli-Mədəni Muxtariyyətin rəhbəri Bəhram Mustafayev qeyd edib ki, birincilik uğrunda 250-yə yaxın idmançı mübarizə aparıb.
Milli Məclisin deputatı İlqar İsgəndərov Azərbaycanın və SSRİ-nin dövlət və siyasi xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş sambo üzrə Ümum-Rusiya yarışında mübarizənin gərgin keçdiyini vurğulayıb. O həmçinin qeyd edib ki, belə yarışların təşkili Azərbaycan və Tatarıstan arasında ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərir.
Tədbir qaliblərin mükafatlandırılması ilə başa çatıb.