Gümüş medal qazanan Azərbaycan atıcısı: “Bu cür sonluq gözləmirdim”

Gümüş medal qazanan Azərbaycan atıcısı: “Bu cür sonluq gözləmirdim” “Bu cür sonluq – medal gözləmirdim”.
Fərdi
23 Avqust , 2023 14:07
Gümüş medal qazanan Azərbaycan atıcısı: “Bu cür sonluq gözləmirdim”

“Bu cür sonluq – medal gözləmirdim”.

Bunu “Report”a açıqlamasında Azərbaycan atıcısı Zeynəb Sultanova Bakıda keçirilən dünya çempionatının 25 metr məsafəyə tapançadan standart atəşaçma yarışında komandasının gümüş medal qazanması barədə danışarkən deyib.

Dünyanın ən güclülərinin qatıldığı mötəbər turnirdə fərdi göstəricidə 8-ci, komanda hesabında isə ikinci olan idmançı gələcəklə bağlı nikbin danışıb: “Bu, beynəlxalq yarışlarda ilk medalımdır. Sonluğun belə olması gözəldir. Mən 3-4 ildir atıcılıqla məşğul oluram. Olimpiadaya vəsiqə qazanmaq üçün hələ təcrübəm çatmır. İndi ikinci yeri tutdum. İnşallah, zaman keçdikcə pillələrlə qalxa-qalxa ora kimi gedib çıxaram”.

Qeyd edək ki, Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət “üçlük” dünya çempionatını Çin yığmasından sonra ikinci pillədə tamamlayıb.

Son xəbərlər

Orphus sistemi