Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər

Fərdi
  • 26 dekabr, 2025
  • 14:05
Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər

Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.

"Bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıb. Yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir. Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da - Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir", - deyə dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti