"Formula 1"də sərbəst yürüşlərin sayı azaldılır

"Formula 1"də sərbəst yürüşlərin sayı azaldılır "Formula 1" rəhbərliyi dünya çempionatının mərhələlərində sərbəst yürüşlərin sayını azaltmaq istəyir.
Fərdi
26 Avqust , 2022 14:03
Formula 1də sərbəst yürüşlərin sayı azaldılır

"Formula 1" rəhbərliyi dünya çempionatının mərhələlərində sərbəst yürüşlərin sayını azaltmaq istəyir.

"Report" xəbər verir ki, bu barədə qurumun prezidenti Stefano Domenikali mətbuat konfransında bildirib.

57 yaşlı funksionerin sözlərinə görə, Qran prilərdə sərbəst yürüşlərin sayını azaltmaq lazımdır: "Azərkeşlər nöqteyi-nəzərindən düşünürəm ki, hər gün trasda nələrsə uğrunda mübarizənin olması vacibdir. Test yürüşləri mühəndislər və pilotlar üçün maraqlıdır. Lakin bu, idman növüdür və burada yarışmaq lazımdır. Cümə günü bir sərbəst yürüşün tərəfdarıyıq. Daha sonra sürücülər trasa çıxanda nələrsə uğrunda mübarizə aparacaqlar".

Domenikali növbəti mövsümdən sprint yarışlarının sayının 3-dən 6-ya çatdırmaq istədiklərini də vurğulayıb.

Qeyd edək ki, hazırda bütün Qran prilər 3 sərbəst yürüşdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi