Əmrah Nağıyev Avropa çempionatında Azərbaycanı təmsil edəcək
Fərdi
- 08 iyun, 2025
- 14:42
İyunun 5-dən 7-dək Azərbaycan İdman Akademiyasının stadionunda keçirilən atletika üzrə ölkə çempionatında Naxçıvan Muxtar Respublikasının təmsilçisi Əmrah Nağıyev uğurlu çıxışı ilə seçilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, o, 3 000 metr məsafəyə maneəli qaçış və 5 000 metr məsafəyə qaçış növlərində birinci yeri tutaraq iki qızıl medal qazanıb.
Göstərdiyi yüksək nəticələr sayəsində Əmrah Nağıyev iyunun 24-də Sloveniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyətinə daxil edilib.
Qeyd edək ki, Ə.Nağıyev Avropa çempionatına vəsiqə qazanmaqla bu uğura imza atan ilk naxçıvanlı atlet olub.
Son xəbərlər
22:13
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Digər ölkələr22:10
Vuçiç: Görünür, prezidentlikdən baş nazirə keçmək hamıya olar, yalnız mənə yox
Digər ölkələr22:06
Abbas Əraqçi: İran ABŞ ilə diplomatik əlaqələrə ümid edir
Region21:46
Tramp: Daim İrana hücumları bərpa etməyi düşünürəm
Digər ölkələr21:26
Türkiyədə mikroavtobusla minik avtomobil toqquşub, ölən və yaralananlar var
Region21:11
Foto
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər parkını ziyarət edib
Daxili siyasət20:59
Foto
Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın Vətən müharibəsindəki zəfəri barədə məlumatlandırılıb
Hərbi20:47
Foto
Azərbaycan Ordusunda Anım günü münasibətilə tədbirlər keçirilib
Hərbi20:33
Foto