Elmar Qasımov yenidən Azərbaycan millisinə qayıdıb

Elmar Qasımov yenidən Azərbaycan millisinə qayıdıb Cüdoçu Elmar Qasımov yenidən Azərbaycan millisinə qayıdıb.
Fərdi
22 Dekabr , 2021 12:19
Elmar Qasımov yenidən Azərbaycan millisinə qayıdıb

Cüdoçu Elmar Qasımov yenidən Azərbaycan millisinə qayıdıb.

Bu barədə "Report"a 31 yaşlı idmançının özü məlumat verib.

Təcrübəli cüdoçu hazırda yığma ilə birlikdə Göygöl Olimpiya Kompleksində təlim-məşq toplanışında olduğunu söyləyib. O, milliyə dönüşünü Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinin dəyişməsi ilə əlaqələndirib: "Xoşagəlməz insanları dəyişdilər, xoşagələn insanlar gəldi. Artıq elə adamlar yoxdur. Məşqçilərimiz yaxşıdır və federasiya hər şeyin yaxşı olacağını bildirib".

Qeyd edək ki, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda gənclər arasında Avropa çempionu olub. O, 2017-ci ildə dünya çempionatında bürünc, 2012 və 2014-cü il Avropa çempionatlarında müvafiq olaraq bürünc və gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi