Ella Gibson: "Avropa Oyunlarında rekord qırmağım yaxşı mənada təəccübləndirdi"
Fərdi
- 23 iyun, 2023
- 11:23
"Təəssüratlar inanılmazdır. Açığı, rekord qırmağım məni yaxşı mənada təəccübləndirdi, çox gözəl nəticədir".
Bunu "Report"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında qadınların kamandan oxatma üzrə fərdi təsnifat mübarizəsində 715 xal toplayaraq dünya rekorduna imza atan böyük britaniyali Ella Gibson deyib.
23 yaşlı idmançı yarışa ciddi hazırlaşdığını bildirib: "Sevindirici haldır ki, təsnifatda yüksək xallar toplayıb dünya rekordunu yenilədim. Özümü möhtəşəm hiss edirəm".
O, yarışda ən ciddi rəqibinin danimarkalı Tanya Yensen olduğunu söyləyib: "Bütün idmançılar özlərini yaxşı tərəfdən göstərdilər. Amma Tanyanı xüsusi qeyd etməliyəm".
Son xəbərlər
11:28
Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda "SAHA 2026" sərgisində iştirak edir
Hərbi11:21
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara çatıb
Maliyyə11:17
Foto
"Expressbank"ın dəstəyilə VI Autizm Festivalı baş tutub
Maliyyə11:15
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndərilib - YENİLƏNİB
Biznes11:13
İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək
Xarici siyasət11:12
AMB iqtisadi artım və neft-qaz qiymətlərinə dair proqnozlarını yeniləyib
Maliyyə11:07
Foto
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Xarici siyasət11:04
"Sabah"ın prezidenti Maqsud Adıgözəlov: "Güclü "Qarabağ" bizi daha sürətli inkişaf etməyə məcbur etdi"
Futbol11:01