Dünya Kubokuna vəsiqə qazanan Azərbaycan şahmatçısı: "IX turdakı məğlubiyyət medalçılar sırasına düşməyimə mane oldu"

Dünya Kubokuna vəsiqə qazanan Azərbaycan şahmatçısı: "IX turdakı məğlubiyyət medalçılar sırasına düşməyimə mane oldu" Dünya Kubokunda üst pillələrdə yer almaq üçün əlimdən gələni edəcəyəm.
Fərdi
16 aprel 2025 15:29
Dünya Kubokuna vəsiqə qazanan Azərbaycan şahmatçısı: IX turdakı məğlubiyyət medalçılar sırasına düşməyimə mane oldu
Gülnar Məmmədova

IX turdakı məğlubiyyət medalçılar sırasına düşməyimə mane oldu.

Bunu "Report"a açıqlamasında Yunanıstanın Rodos adasında keçirilən Avropa çempionatında 10-cu yeri tutan Azərbaycan şahmatçısı Gülnar Məmmədova deyib.

33 yaşlı qrossmeyster yarışda göstərdiyi nəticə ilə bağlı fikirlərini bölüşüb:

"Avropa çempionatındakı çıxışımı normal qiymətləndirirəm. Təbii ki, mən də hər şahmatçı kimi ilk "3-lük"də yer almaq istəyirdim. İlk iki pillədəkilərə nəzər salsaq, onların məndən çox üstün olmadığını görərik. Dünya Kubokuna vəsiqə əldə etmək buradakı hədəflərdən idi. Şükürlər olsun ki, buna nail oldum".

O, medalçılar sırasına düşə bilməməsinin səbəbini də açıqlayıb:

"IX turdakı məğlubiyyət medalçılar sırasına düşməyimə mane oldu. Düşünürəm ki, qələbə qazansaydım, motivasiya daha çox olacaqdı. Həm də medal qazanmağa real şans var idi. Avropa çempionatında ikinci və ya üçüncü yeri tuta bilərdim".

G.Məmmədova Dünya Kubokundakı hədəflərdən də söz açıb:

"Burada uduzan mübarizəni dayandıracaq. Yarışa daha ciddi hazırlaşmağı düşünürəm. Nə qədər çox mərhələ keçsəm, o qədər başucalığıdır. Üst pillələrdə yer almaq üçün əlimdən gələni edəcəyəm. Bu haqda çox da böyük danışmaq istəmirəm. Nəticəni birlikdə görəcəyik".

Qeyd edək ki, Gülnar Məmmədova Avropa çempionatında 7,5 xalla 10-cu yeri tutaraq Dünya Kubokuna vəsiqə qazanıb.

Orphus sistemi