Dünya çempionu olan Azərbaycan karateçiləri mükafatlandırılıblar

Dünya çempionu olan Azərbaycan karateçiləri mükafatlandırılıblar Karatenin kudo növü üzrə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançıları Sevinc Mövsümzadə və Vüsal Əliyev mükafatlandırılıblar.
Fərdi
17 May , 2023 17:43
Dünya çempionu olan Azərbaycan karateçiləri mükafatlandırılıblar

Karatenin kudo növü üzrə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançıları Sevinc Mövsümzadə və Vüsal Əliyev mükafatlandırılıblar.

"Report"un məlumatına görə, tədbirdə Azərbaycan Koşiki-do Karate Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə, federasiyasının prezidenti Rafael Bünyatov, birinci vitse-prezident Yuri Mustafayev, həmçinin, vitse-prezidentlər Ənvər Həzərxanov və Vəli Bünyatov, baş məşqçi Nazim Mövsümzadə, federasiya rəsmiləri və məşqçilər iştirak ediblər.

Kudo yarışında Azərbaycana ilk dünya çempionluğunu qazandıran idmançılara federasiya rəhbərliyi tərəfindən kuboklar təqdim edilib. Karateçiləri təbrik edən fəxri prezident onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Daha sonra çıxış edən rəsmilər bunun böyük uğur olduğunu bildiriblər.

Ənvər Həzərxanov federasiya rəhbərliyi adından ölkədə idmanın inkişafına böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. 

O mötəbər yarışlarda iştirak üçün gənclər və idman naziri Fərid Qayıbova və Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevə federasiya rəhbərliyi adından təşəkkür edib.

Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan 4 karateçi ilə təmsil olunub. Böyüklərdə Rəşad Quliyev, Vüsal Əliyev, 16-19 yaş qrupundakı qızlarda Sevinc Mövsümzadə, 16 yaşadək oğlanların yarışında isə Buğday Rəhimli mübarizə aparıblar.

Son xəbərlər

Orphus sistemi