Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə təsnifat mərhələsində Cənubi Koreya təmsilçisi Hyeonsik Sonqla üz-üzə gələcək.
70 kq-da Maqomed-Başir Xaniyev eyni raundda Qazaxıstandan olan Sanjar Dojanovla qarşılaşacaq.
86 kq-da Abubakr Abakarov 1/16 finalda kanadalı Aleksandr Mur, 125 kq-da Georgi Meşvildişvili bolqarıstanlı İslam Adizovla güləşəcək.
Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.